
Tələblər:
Peşə və ya Orta ixtisas təhsili
İxtisas sertifikatı
Sahə üzrə 2 il iş təcrübəsi
Orta mürəkkəbli (0–24-ton aralığında) yük qaldırma əməliyyatlarını icra etmək; zərurət
yarandıqda kranda təmir işlərində iştirak görmək və krana texniki xidmət göstərmək
Xidmət edilən portal kranın və onun mexanizmlərinin quruluşunu bilmək
Yüklərin yerdəyişmə üsullarını bilmək
Texnoloji avadanlığın quraşdırılmasını;
Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsi;
Portal krana xidmət göstərilməsi qaydalarını bilmək
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən
yanğından mühafizənin norma və qaydalarını bilmək
Öhdəlikər:
Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların
qoşulmasında iştirak etmək
Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək
Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara
çatmaq üçün səy göstərmək
Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun
manevrlərə əməl etmək
Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və sahə rəisinə məlumat vermək
İdarəetmə pultu vasitəsilə kranı idarə etmə bacarığı və müşahidə kameraları vasitəsilə düzgün
istiqamətlənmə və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi
məsafədə endirib qaldırmaq
Dar məkanda (bizim halda diametri 11 metr olan şaxtada) materialın — (bizim halda uzunluğu
4 metr, diametri 3 metr və çəkisi 24-ton olan boruların) — 65 metr dərinliyə qədər endirilməsi
və qaldırılması prosesinin idarə olunması bacarığı
Verilən təlimatlara və işarələrə dəqiq əməl etmək
Qeyd: Nəqliyyat, qida və digər qurumdaxili xidmətlər təmin ediləcəkdir.
Tələblərə cavab verən namizədlər [email protected] electron poçt ünvanına “Portalkran operatoru” yazaraq öz cv-lərini göndərə və ya 0124048822 nömrəsi ilə əlaqə saxlaya bilərlər.