Baku Holiday Travel komandası Müştəri Xidmətləri üzrə Mütəxəssis (Call Center) vakansiyası elan edir.
Əgər səbirli ünsiyyət, aydın danışıq və müştərinin sualına dəqiq cavab tapmaq sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
Daxil olan zənglərin, mesajların və müştəri müraciətlərinin vaxtında cavablandırılması
Müştərilərin tur paketləri, aviabiletlər, viza, transfer və digər xidmətlərlə bağlı ilkin məlumatlandırılması
Müraciətlərin aidiyyəti üzrə düzgün şöbə və əməkdaşlara yönləndirilməsi
Buraxılmış zənglər üzrə müştərilərlə geri əlaqənin yaradılması
Müştəri məlumatlarının və müraciətlərin CRM sisteminə düzgün daxil edilməsi
Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin qorunması
Sorğu və şikayətləri vaxtında həll etmək, lazım olduqda aidiyyəti şöbəyə yönləndirmək
Günlük müraciətlərin izlənilməsi və rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi
Namizədə tələblər
Ali təhsil (turizm, menecment və ya digər əlaqəli sahələr üzrə təhsil almış namizədlərə üstünlük veriləcək)
Call Center sahəsində minimum 2 il iş təcrübəsi
CRM sistemləri ilə iş təcrübəsi
Azərbaycan və rus dillərində səlis ünsiyyət (ingilis dili üstünlükdür)
Omnichannel kanallar (telefon, e-mail, WhatsApp/messenger və s) üzrə iş təcrübəsi
Aydın diksiya və peşəkar ünsiyyət bacarığı
Müştəri yönümlü yanaşma və stresli vəziyyətlərdə düzgün davranış bacarığı
Komandada işləmək və operativ qərarvermə bacarığı
Kompüter və ofis proqramları ilə işləmə bacarığı
Biz nə təklif edirik?
Dinamik və peşəkar iş mühiti
Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Xidmətləri üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.