
Vəzifə öhdəlikləri:
Daxil olan məlumatların (pasiyent məlumatları, analiz nəticələri, sənədlər və s.) sistemə dəqiq və operativ şəkildə daxil edilməsi
Elektron bazada məlumatların düzgünlüyünün yoxlanılması və yenilənməsi
Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Sənədlərin qəbulu, qeydiyyatı və arxivləşdirilməsi
Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi (lazım olduqda)
Ofis proqramları (Excel, Word və s.) ilə gündəlik işlərin görülməsi
Namizədə tələblər:
Orta ixtisas və ya ali təhsil
Azərbaycan dilini sərbəst bilmək (rus və ya ingilis dili biliyi üstünlükdür)
MS Office proqramlarında (Word, Excel) işləmə bacarığı
Sürətli yazı qabiliyyəti və kompüterdən aktiv istifadə bacarığı
Diqqətli, məsuliyyətli və intizamlı olmaq
Komandada işləmə və ünsiyyət bacarığı
Stressə davamlılıq və operativ qərar vermə qabiliyyəti
Müvafiq sahədə iş təcrübəsi üstünlükdür (tibbi sahə biliyi arzuolunandır)
Əmək haqqı:
Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Kompüter Operatoru” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.