
Namizədə dair tələblər:
Cins: kişi
Yaş: 25-45
İş təcrübəsi müddəti: Oxşar sahədə min.1 il iş təcrübəsi
Təhsil: Mühəndislik və ya texniki ixtisaslar üzrə təhsili
Digər tələblər:
Sənayedə CNC idarəetmə sistemli istehsal xətlərində işləmə təcrübəsi;
CNC idarəetmə sistemli dəzgahlar üzrə bilik və praktiki təcrübə;
Ölçmə və sınaq avadanlıqlarından istifadə bacarıqları;
Kompüter və ofis proqramlarından istifadə bacarığı;
Texniki və istehsal sənədləri ilə işləmək bacarığı;
Texniki sənədlər və avadanlıq proqram təminatı ilə işləmək üçün kifayət qədər ingilis dili biliyi;
Sənaye istehsalında və ya CNC idarəetməli sənaye istismarı üzrə ən azı 1 il
Vəzifələr:
İstehsal xəttində istifadə olunan preslərin, lehimləmə stansiyalarının, avtomatik yapışqan paylayıcıların və test stendlərinin tənzimlənməsi və işlək vəziyyətdə saxlamaq.
Mühərrikin komponentlərini (stator, rotor, maqnitlər, val, yastıqlar və korpus) texnoloji ardıcıllığa uyğun olaraq yığmaq.
Avtomatik və ya yarı-avtomatik sarğı maşınlarına nəzarət etmək, mis naqillərin stator üzərində düzgün və gərginliklə sarıldığına baxmaq.
Hazır mühərriklərin ilkin elektrik və mexaniki testlərini həyata keçirmək.
Standartlara cavab verməyən qüsurlu detalları və ya hazır məhsulları ayırmaq.
Əməkhaqqı məbləği: müsahibə əsasında.
İş yerinin ünvanı: Əhmədli
Həftənin iş günləri: 1-ci -5-ci günlər
İş saatları: 09:00 -18:00
Müraciət qaydası: (CV-nin göndərilməsi üçün elektron poçt ( [email protected])
"Mühərrik istehsal sahəsinin avtomatik xətt operatoru" qeyd edib Cv-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.
Müraciət üçün son tarix: 30.09.2026