
Namizədə dair tələblər:
Cins: kişi
Yaş: 25-45
İş təcrübəsi müddəti: Oxşar sahədə min.1 il iş təcrübəsi
Təhsil: Mühəndislik və ya texniki ixtisaslar üzrə təhsili
Digər tələblər:
Elektron istehsal avadanlıqları istifadə etməklə sənaye istehsal xətlərində işləmə təcrübəsi;
CNC idarəetmə sistemli dəzgahlar üzrə bilik və praktiki təcrübə;
Elektron komponentlərlə işləmə qaydaları üzrə bilik;
Kompüter və ofis proqramlarından istifadə bacarığı;
Texniki sənədlərlə işləmək bacarığı;
Texniki sənədlər və avadanlıq proqramları ilə işləmək üçün kifayət qədər ingilis dili biliyi;
Elektronika istehsalı və ya sənaye CNC idarəetmə tipli avadanlığının istismarı üzrə ən azı 1 il təcrübə.
Vəzifələr:
İstehsal olunacaq plata növünə uyğun proqramların seçilməsi və parametrlərin yoxlanılması
Komponent (rezistorlar, kondensatorlar, İC-lər və s.) lentlərini düzgün şəkildə yüklənməsi
Lehim pastasısının və yapışqanların vaxtında yenilənməsi, onların temperatur və saxlama şərtlərinə nəzarət edilməsi
İstehsal olunan məhsulun keyfiyyət standartlarına uyğunluğunu yoxlanması
Plataların düzgün yerləşdiyinə və lehimləmə keyfiyyətinə vizual olaraq nəzarət edilməsi
Maşınlarda yaranan kiçik texniki xətaların operativ şəkildə zamanda aradan qaldırması
Əməkhaqqı məbləği: müsahibə əsasında.
İş yerinin ünvanı: Əhmədli
Həftənin iş günləri: 1-ci -5-ci günlər
İş saatları: 09:00 -18:00
Müraciət qaydası: (CV-nin göndərilməsi üçün elektron poçt ([email protected])
Plata istehsalı sahəsinin avtomatik xətt operatoru qeyd edib Cv-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.
Müraciət üçün son tarix: 30.09.2026