“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Problemli Kreditlər Şöbəsinin Yığım Operatoru vəzifəsinə işçi axtarışı elan edir.
İş qrafiki: 2/2 növbəli sistem (09:00-21:00)
Əsas vəzifə və öhdəliklər:
Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində zəng vasitəsilə tədbirlərin həyata keçirilməsi;
Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Ödənişi gecikən kredit məhsullarının təhlilini department rəhbərinə təqdim etmək;
Zənglərin statistikasını və hesabatını təşkil etmək.
Tələb olunan keyfiyyətlər:
Ali təhsil;
Bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
Yaxşı səviyyədə Excel bilikləri;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron poçt ünvanına Subject/Mövzu hissəsində Problemli Kreditlər Şöbəsinin Yığım Operatoru qeyd etməklə göndərmələri xahiş olunur.