İstehsalat komandasına Operator vəzifəsinə məsuliyyətli və işinə ciddi yanaşan əməkdaşlar axtarılır.
Namizədə tələblər:
Orta təhsil; texniki təhsil (texnikum və ya peşə məktəbi) üstünlükdür;
İstehsalat sahəsində minimum 1 il iş təcrübəsi;
Yaş: 18–40;
İşə yararlılığı təsdiq edən tibbi arayış;
İstehsalat və avadanlıqlarla işləmə sahəsində praktiki bacarıqlar.
Əsas vəzifə və öhdəliklər:
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sənaye gigiyenası qaydalarına riayət etmək;
İş yerində 5S standartlarına uyğun təmizlik və nizam-intizamı qorumaq;
Avadanlıqlarda yaranan nasazlıqlar, istehsalat prosesindəki kənarlaşmalar və aşkar edilmiş risklər barədə rəhbərə vaxtında məlumat vermək;
Əmək intizamına, iş qrafikinə və şirkətin daxili qaydalarına riayət etmək;
Fərdi mühafizə vasitələrindən müəyyən edilmiş qaydalara uyğun istifadə etmək;
İstehsal səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak etmək;
Qablaşdırma xətti avadanlıqlarının əsas iş prinsiplərini bilmək;
İşə başlamazdan əvvəl və iş prosesində avadanlıqların vizual yoxlanışını həyata keçirmək;
Öz səlahiyyətləri çərçivəsində avadanlıqların sazlanması və sərf materiallarının dəyişdirilməsində iştirak etmək.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.