
Milla Dairy MMC komandamıza* İstehsalat üzrə Operator (kişi)* vəzifəsinə əməkdaş axtarır.
Əsas üstünlük:
Dondurma istehsal xəttində çalışmış və dondurma istehsal avadanlıqları ilə praktiki iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Tələblər:
Orta və ya orta ixtisas təhsili;
2–3 il istehsalat və ya FMCG sahəsində iş təcrübəsi;
Dondurma istehsal xəttində iş təcrübəsi üstünlükdür;
İstehsalat avadanlıqları ilə işləmə bacarığı;
GMP sistemi haqqında anlayış;
Elektrik və mexanika üzrə ilkin biliklərin olması üstünlükdür;
Məsuliyyətli və komandada işləmə bacarığı.
Əsas vəzifələr:
Xammal və qablaşdırma materiallarının yoxlanılması və qeydiyyatı;
İstehsalat avadanlıqlarının hazırlanması və işə salınması;
Avadanlıqların düzgün istismarına nəzarət;
Avadanlıqların təmizliyi və ilkin texniki xidmət işlərinin həyata keçirilməsi;
İş sahəsində təmizlik və gigiyena qaydalarına riayət edilməsi;
İstehsalat prosesində GMP və təhlükəsizlik tələblərinə riayət edilməsi.
İş şəraiti:
İş qrafiki: 5 iş günü, 3 növbəli iş rejimi;
Əmək haqqı: 800–1000 AZN (təcrübədən asılı olaraq);
Əmək müqaviləsi: Daimi.
Müraciət üçün CV-nizi 0559009218 vatsap nömrəsinə göndərə bilərsiniz.