
Supertoys komandamıza müştərilərlə telefon və WhatsApp vasitəsilə ünsiyyət quracaq, Azərbaycan və rus dillərində sərbəst danışan Call Center əməkdaşı axtarırıq.
Vəzifə öhdəlikləri:
Daxil olan telefon zənglərini qəbul etmək və müştərilərin suallarını cavablandırmaq;
WhatsApp üzərindən daxil olan müştəri müraciətlərini operativ şəkildə cavablandırmaq;
Məhsullar, qiymətlər, kampaniyalar, filiallar və xidmətlər haqqında müştərilərə ətraflı məlumat vermək;
Müştərilərin müraciətlərini dinləmək və aidiyyəti şöbələrə düzgün şəkildə yönləndirmək;
Müştərilərə məhsul seçimi ilə bağlı dəstək göstərmək;
WhatsApp və telefon vasitəsilə onlayn satış həyata keçirmək;
Müştərinin ehtiyacını müəyyənləşdirərək uyğun məhsul və alternativlər təklif etmək;
Sifarişləri qəbul etmək, düzgün şəkildə rəsmiləşdirmək və aidiyyəti üzrə yönləndirmək;
Çatdırılma, ödəniş və sifariş prosesi ilə bağlı müştəriləri məlumatlandırmaq;
Müştəri şikayət və təkliflərini qəbul etmək və aidiyyəti üzrə yönləndirmək;
Müştəri müraciətlərinin sistemdə düzgün qeydiyyata alınmasını təmin etmək;
Şirkətin müştəri xidməti və kommunikasiya standartlarına riayət etmək.
Namizədə tələblər
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı;
Səlis, aydın və nəzakətli danışıq qabiliyyəti;
Güclü kommunikasiya və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı;
Satış və müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır;
3CX proqram biliyi üstünlükdür;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Satış yönümlü düşüncə və nəticəyə fokuslanmaq;
Komanda ilə işləmək bacarığı.
Əmək haqqı; 500 Azn + bonus
Müraciət üçün CV-lərinizi mövzu hissəsində vəzifə adını “Call Center ” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.