
İşin əsas vəzifələri:
Silo bunkerlərində saxlanılan taxılın temperatur və keyfiyyətə nəzarət sistemlərinin idarə edilməsi;
Silo bunkerlərinin təsdiq edilmiş qrafikə uyğun texniki baxışının və təmirinin həyata keçirilməsi;
Yem anbarına yemin verilməsi və silolara yemin qəbulunun təmin edilməsi;
Yem anbarında üyütmə prosesinə nəzarət və üyütmə avadanlıqlarının dövri texniki baxışının aparılması.
Namizədə dair əsas tələblər:
Kompüter bilikləri (MS Office və istehsalat proqramları) – mütləqdir;
Silo komplekslərində və ya taxıl saxlama müəssisələrində iş təcrübəsi – 2 il
Elektrik və elektronika üzrə orta səviyyədə biliklər – arzuolunandır
Üyütmə və yem istehsalı avadanlıqları ilə işləmə təcrübəsi – mütləqdir;
Temperatur nəzarət sistemləri və sensorlarla işləmə bacarığı;
Silo avadanlıqlarının (konveyer, şnek, ventilyasiya sistemi və s.) iş prinsiplərini bilməsi;
Taxılın saxlanması zamanı temperatur və rütubətə nəzarət prinsiplərini bilməsi;
Hündürlükdə işləmək bacarığı;
Qəza və nasazlıq hallarında operativ qərar qəbul etmək və rəhbərliyi dərhal məlumatlandırmaq bacarığı;
Növbəli iş rejimində işləməyə hazır olması;
Rus dili biliyi – arzuolunandır;
İngilis dili biliyi – arzuolunandır;
Məsuliyyətli, diqqətli və intizamlı olması.
İş yeri: Şirvan Aqro MMC / Şamaxı
İş rejimi: Növbəli
Yaş həddi: 25–40 yaş
Vakansiyaya uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.