
Əsas vəzifə öhdəlikləri:
İstehsalat xəttinin fasiləsiz və düzgün fəaliyyətini təmin etmək;
İstehsalat avadanlıqlarını təlimata uyğun idarə etmək;
İstehsal prosesini və avadanlıqların iş rejimini nəzarətdə saxlamaq;
Hazır məhsulun keyfiyyətinə və istehsal standartlarına riayət etmək;
Avadanlıqlarda yaranan nasazlıqlar barədə məsul şəxsi vaxtında məlumatlandırmaq;
İş yerində təmizlik və təhlükəsizlik qaydalarına riayət etmək;
İstehsalat zamanı müəyyən edilmiş norma və prosedurlara uyğun fəaliyyət göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
İstehsalat avadanlıqlarından istifadə və onların iş prinsipləri barədə ilkin bilik;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək;
Texniki təlimatları oxuma və tətbiq etmə bacarığı;
Diqqətli və məsuliyyətli yanaşma;
Komandada işləmək bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Orta və ya orta ixtisas təhsili
İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır.
İş şərtlərimiz:
İş qrafiki: Növbəli;
İş yeri: Bakı şəhəri, Məmmədli qəsəbəsi, Polietilen Fabriki.
Biz nə təklif edirik:
Rəsmi əmək müqaviləsi;
Növbəli iş qrafiki;
Nahar təminatı;
Həyat sığortası;
Təhlükəsiz və peşəkar iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsalat operatoru” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.