
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
Ali təhsilli olması;
Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
Səlis Azərbaycan dili biliyi,ingili dili-arzuolunandır;
Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
İşgüzar nitq və yazışma qabiliyyəti;
Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək;
Analitik düşünmə, yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqətlilik;
Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yüksək səviyyədə bilik;
1 C 8.3 proqramında işləmə bacarığı;
Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
Şirkətə yeni işə qəbul olunan əməkdaşların Face ID sistemi və DSS proqramında qeydiyyatının aparılması, biometrik və şəxsi məlumatların düzgün, tam və vaxtında sistemə daxil edilməsi;
Əmək münasibətlərinə xitam verilmiş əməkdaşların Face ID sistemi və DSS proqramından çıxarılması, məlumatların arxivləşdirilməsi və tarixçəsinin qorunması;
İşə qəbul, işdən çıxma, vəzifə və filial dəyişiklikləri ilə bağlı Face ID sistemində müvafiq dəyişikliklərin vaxtında icra edilməsi;
Filiallardan Face ID sistemi ilə bağlı daxil olan müraciətlərin qəbul edilməsi, təhlil edilməsi, məsafədən dəstəyin göstərilməsi və zərurət yarandıqda aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə həll edilməsi;
Face ID sistemi üzrə giriş-çıxış məlumatlarının iş vaxtı cədvəlləri ilə müqayisə edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
Filiallar tərəfindən təqdim olunan həftəlik hesabatların yoxlanılması, məlumatların düzgünlüyünə nəzarət edilməsi və aşkar edilmiş uyğunsuzluqların operativ şəkildə aradan qaldırılması;
Face ID sistemi üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, statistik məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
Sistemin fasiləsiz və düzgün işləməsinə nəzarət edilməsi, texniki nasazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti İT və proqram təminatı komandası ilə koordinasiyalı işin aparılması;
Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
Face ID sistemində istifadəçi hesablarının, giriş hüquqlarının və məlumat təhlükəsizliyinin daxili prosedurlara uyğun idarə edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İnsan Resursları üzrə Davamiyyət Operatoru (Face ID Sistemi)” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.