
İş şəraiti
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti2360
İş rejimi: 6 günlük
İş saatları: Həftə içi : 09:30-17:30
6-cı gün: 10:00-16:00
Nahar şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri
Müştərilərdən daxil olan zənglərin cavablandırılması və müraciətlərin qeydə alınması;
Servis xidmətləri, ehtiyat hissələri və məhsullar barədə müştərilərə ətraflı məlumat verilməsi;
Müştərinin sorğusuna əsasən uyğun ehtiyat hissəsinin müəyyənləşdirilməsi və mövcudluğu barədə məlumatın təqdim edilməsi;
Ehtiyat hissələrinin kodu, modeli, uyğunluğu və texniki xüsusiyyətləri barədə məlumatların yoxlanılması;
Məhsul və ehtiyat hissələrinin qiymətləri barədə müştərilərin məlumatlandırılması;
Servisə qəbul, təmir prosesi və görüləcək işlərlə bağlı müştərilərin yönləndirilməsi;
Ehtiyac yarandıqda müştəri müraciətlərinin servis ustalarına və aidiyyəti əməkdaşlara yönləndirilməsi;
Sifariş və müraciətlərin sistemdə düzgün qeydiyyata alınması;
Müştərilərlə mütəmadi əlaqənin saxlanılması və müraciətlərin nəticəsinin izlənilməsi.
Namizədə tələblər
Bəy namizəd; (yaş arlığı-20-30yaş)
Servis sahəsi və ehtiyat hissələri üzrə anlayışın olması;
Ehtiyat hissələrinin növləri, təyinatı və uyğunluğu barədə texniki məlumatları öyrənmək və müştəriyə düzgün izah etmək bacarığı;
Texniki terminləri anlama və müştəriyə sadə formada izah etmə bacarığı;
Kompüter proqramlarında sərbəst işləmək bacarığı;
Güclü ünsiyyət və düzgün danışıq qabiliyyəti;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Servis və ya ehtiyat hissələrinin satışı sahəsində iş təcrübəsi arzuolunandır.(minimum 1 il iş təcrübəsi)
Maaş: 600-800 Azn
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.