Namizədə olan tələblər:
Ali təhsil;
Proqram təminatının keyfiyyət təminatı (QA) sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən QA proseslərinin müstəqil şəkildə təşkilində təcrübə;
Funksional, inteqrasiya və reqressiya testləri üzrə güclü praktiki təcrübə;
HTTP, REST API, JSON, klient-server arxitekturası və verilənlər bazaları üzrə yaxşı biliklər;
Avtomatlaşdırılmış testlərin hazırlanması və ya dəstəklənməsi üzrə praktiki təcrübə;
SDLC və CI/CD prosesləri, həmçinin proqram təminatının hazırlanmasının müxtəlif mərhələlərində QA rolunun yaxşı anlaşılması.
Dil bilikləri: Azərbaycan dili – səlis, rus dili və ingilis dili – üstünlükdür.
Vəzifə öhdəlikləri:
Yeni məhsulların, funksiyaların və dəyişikliklərin hazırlanmasının bütün həyat dövrü ərzində QA prosesinin təşkili;
Test strategiyasının, test planlarının, test ssenarilərinin və keyfiyyət meyarlarının hazırlanması;
Funksional, inteqrasiya, reqressiya və API testlərinin həyata keçirilməsi;
Test avtomatlaşdırmasının inkişaf etdirilməsi və CI/CD proseslərinə inteqrasiyası;
Defektlərin təhlili, təkrarlanan problemlərin qarşısının alınması və hazırlanma keyfiyyətinin artırılması məqsədilə proqramçılar, analitiklər və DevOps mütəxəssisləri ilə birgə iş.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Port Baku Tower 2;
Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Senior QA Engineer” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2555&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.