
Fortis Construction komandamıza tikinti proseslərinin yüksək keyfiyyətlə və müəyyən edilmiş vaxt çərçivəsində icrasını təmin edəcək peşəkar Sahə Rəisi dəvət edir.
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində bütün iş proseslərinin gündəlik planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək;
Tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə, texniki norma və standartlara uyğun icrasına nəzarət etmək;
Tikinti işlərinin təsdiq edilmiş qrafikə uyğun və keyfiyyətlə başa çatdırılmasını təmin etmək;
Sahədə çalışan mühəndis, usta, briqada və subpodratçıların fəaliyyətini koordinasiya etmək;
Görülən işlərin keyfiyyətinə, əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
Materialların qəbulunu, düzgün istifadəsini və sərfiyyatını nəzarətdə saxlamaq;
Texniki problemləri operativ şəkildə təhlil etmək və effektiv həll yolları təqdim etmək;
Layihə rəhbəri, texniki nəzarət və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək;
Görülmüş işlərin həcmini yoxlamaq, aktlaşdırılmasında iştirak etmək və mütəmadi hesabatlar hazırlamaq;
Podratçı və subpodratçıların iş keyfiyyətini, müqavilə öhdəliklərinə və iş qrafikinə uyğun fəaliyyətini nəzarətdə saxlamaq;
Tikinti sahəsində nizam-intizamın və istehsalat prosesinin fasiləsiz təşkilini təmin etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə tələblər:
İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti sahəsində minimum 5 il, Sahə Rəisi vəzifəsində isə ən azı 3 il iş təcrübəsi;
Monolit, betonarme, hörgü, fasad və daxili tamamlama işləri üzrə praktiki biliklər;
Layihə-smeta sənədlərini, texniki çertyojları və işçi layihələri oxumaq bacarığı;
Tikinti norma və qaydaları, keyfiyyət standartları və əməyin mühafizəsi tələblərini dərindən bilmək;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı (MS Project biliyi üstünlükdür);
Güclü liderlik, planlaşdırma, təşkilatçılıq və qərarvermə bacarığı;
Məsuliyyətli, operativ, nəticəyönümlü və komandada işləmək bacarığı.
İş şəraiti
Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
İş növü: Tam ştat
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə (Sahə Rəisi) yazaraq [email protected] elektron poçt göndərə bilərlər