
Vəzifələri:
Tapşırılmış qaynaq işlərini keyfiyyətli və sürətli həyata keçirmək, qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək;
Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamaq;
Qaynaq cihazında müəyyən edilən nasazlıq haqqında rəhbər işçiyə məlumat vermək;
Qaynaq əməliyyatları: Texniki spesifikasiyalara əsasən, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, keçmə xətlərində, ayrı birləşmələrdə və dirsəklərdə şaquli “yuxarı” və “aşağı” qövs qaynaq əməliyyatlarını həyata keçirmək.
Qaynaq işlərinin idarə edilməsi: Qaynağın gedişinə və onun düzgün həyata keçirilməsinə nəzarət etmək, hər gedişdən sonra şovu təmizləmək.
Xətaların aradan qaldırılması: Qüsurlar zamanı təmir işlərini aparmaq, lazım gələrsə, polad quruluşlu elementləri qaynaq etmək.
Borularda qaynaq: Borularda minimum qaz axınının davam etdiyi halda qaynaq işlərini həyata keçirmək bacarığına sahib olmaq.
Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;
Tələblər
Yaş: 25-55 yaş
Təhsil: Peşə təhsili (müvafiq sahə üzrə) arzuolunandır.
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.