
MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi-nin Azərbaycan Respublikasındakı Filialı “Reception” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
Şirkətə gələn qonaqların qarşılanması və yönləndirilməsi.
Gələn zənglərin, məktubların və elektron poçtların qəbul edilməsi və vaxtında cavablandırılması.
Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icrası.
Ofis daxili əməkdaşlıq və informasiya axınının təmin edilməsi.
Tələblər:
Ali və ya orta ixtisas təhsili.
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
MS Office proqramlarında işləmə bacarığı.
Gülərüz, məsuliyyətli və nizam-intizamlı olmalıdır.
İş şərtləri və təminatlar:
İş qrafiki: Həftə içi 6 gün,(Şənbə günü qısaldılmış iş rejimi)
Könüllü tibbi həyat sığortası.
Əmək haqqı 450-500 Azn (NET).
İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Reception” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.