
Vəzifə öhdəlikləri:
Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq, zərurət yarandıqda isə müvafiq ünvana yönləndirmək;
Qarşılama zamanı nəzakətli və peşəkar davranış sərgiləmək;
Poçt xidməti vasitəsilə məktubların göndərilməsini təmin etmək, daxil olan və çıxan məktubları qeydiyyata almaq və sistemə daxil etmək;
Qonaq və müştərilərin sorğularını cavablandırmaq;
Qonaqları qəbul edəcək şəxsləri əvvəlcədən məlumatlandırmaq, onları müvafiq işçi heyətinin otağına və ya iclas otağına müşayiət etmək;
Ofis daxili yazışmaları və sənəd işlərini yerinə yetirmək;
Salonda olan avtomobillər, göstərilən xidmətlər və mövcud kampaniyalar barədə müştərilərə ətraflı məlumat vermək;
Struktur bölmələr üzrə aylıq ofis ləvazimatlarının siyahısını toplamaq, tərtib etmək və sifariş vermək;
Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
Azərbaycan və rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir (ingilis dili arzuolunandır);
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan xanımlar;
Səliqəli görünüş və xoş ünsiyyət bacarığı;
Komandada işləmək bacarığı;
Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint,Outlook) biliklərinin olması önəmlidir.
İş şərtləri:
Həftədə 6 iş günü
İş yeri: Babər pr. 35
Əmək haqqı: net 800 Azn
Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Resepşn” yazaraq göndərmələri xahiş olunur.