
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir!
Əməkhaqqı: TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir.
Tələblər:
Ali təhsil;
35 yaşadək olmaq;
Azərbaycan dilində səlis ünsiyyət bacarığı (rus və ingilis dili bilikləri arzuolunandır);
Kompüter bilikləri (MS Office proqramları və elektron sistemlərlə işləmək bacarığı);
Gecə-gündüz növbəli iş rejimində işləmək imkanı;
Ünsiyyətcil, məsuliyyətli və stressə davamlı olmaq;
Komandada işləmək bacarığı;
Nizam-intizamlı olmaq və etik davranış qaydalarına riayət etmək.
Vəzifə öhdəlikləri:
Pasiyentlərin qəbulunun və qeydiyyatının aparılması;
Tibbi xidmətlərlə bağlı pasiyentlərə ilkin məlumatların verilməsi;
Məlumatların elektron qeydiyyat sisteminə düzgün daxil edilməsi;
Pasiyentlərin müvafiq şöbələrə yönləndirilməsi;
Daxili qayda və prosedurlara uyğun sənədləşmənin aparılması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Müraciət qaydası:
Namizədlər CV-lərini və tələb olunan sənədlərin surətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində müraciət edilən vəzifənin adı və iş yeri qeyd olunmalıdır.
Nümunə: Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası – Qeydiyyatçı.
Müraciətlər nəzərdən keçiriləcək və yalnız müəyyən edilmiş meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 13 noyabr