Vəzifə öhdəlikləri
Müştəriləri qarşılamaq və məhsullar barədə ətraflı məlumat vermək;
Müştərinin ehtiyacına uyğun məhsul seçimində peşəkar dəstək göstərmək;
Elektronika məhsullarının satışını həyata keçirmək və satış hədəflərinə nail olmaq;
Məhsulların vitrin və ekspozisiyada düzgün yerləşdirilməsini təmin etmək;
Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
Şirkətin satış və xidmət standartlarına riayət etmək.
Tələblər
Elektronika məhsullarının satışı sahəsində minimum 1 il iş təcrübəsi mütləqdir;
Satış texnikaları və müştəri xidməti üzrə biliklər;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Azərbaycan dilində sərbəst danışıq (rus dili biliyi üstünlükdür);
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
Komandada işləmək bacarığı.
İş şəraiti
İş yeri: Abşeron Ticarət Mərkəzi filialı;
İş qrafiki: 6 günlük
Əməkhaqqı: 500 AZN (net) + satışdan bonus*;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Uyğun namizədlərdən Mövzu hissəsinə “Abşeron Ticarət Mərkəzi filialı” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.