
Rossmann Gəncə mağazası üçün Satış Məsləhətçisi və Mağaza müdir müavini vakansiyalarını elan edir
1. Satış məsləhətçisi
Tələblər:
18-40 yaş arası xanım və bəylər
Məsuliyyətli, çevik, ünsiyyətcil, satış qabiliyyətli, kollektivdə işləmə bacarığı
Satış sahəsində təcrübənin olması arzuolunandır
Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır
Vəzifə öhtəlikləri:
Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və ehtiyaclarını düzgün müəyyənləşdirmək
Satış prosesini şirkət standartlarına uyğun şəkildə icra etmək
Müştəri sorğularını operativ şəkildə cavablandırmaq və yüksək məmnuniyyət səviyyəsini qorumaq
Mağaza daxilində məhsul düzülüşünə və təmizliyinə nəzarət etmək
Əgər:
komanda idarəetməsində təcrübən varsa
məsuliyyətli və nəticəyönümlüsənsə
pərakəndə satış sahəsində inkişaf etmək istəyirsənsə
səni komandamızda görmək istərik.
Müraciət üçün: [email protected]