
İş rejimi: Tam ştat
İş yeri: Azərbaycanın bölgələri
Namizəd üçün tələblər:
Aqronomluq ixtisası üzrə ali təhsil (şərt olan tələb);
Kənd təsərrüfatı sahəsində ən azı 3 illik iş təcrübəsi;
Açıq sahə (taxıl, texniki bitkilər), bostan və meyvə bağlarında bitki bəslənməsi və bitki mühafizəsi üzrə dərin bilik və praktiki bacarıqlar;
Yerli torpaq tipləri, bitki sortları və fermer təcrübələri barədə geniş məlumatlılıq;
Müxtəlif bitkilər üçün gübrələmə planlarının tərtibi və zərərvericilərə qarşı effektiv mübarizə metodlarının tətbiqi üzrə biliklər;
Aktiv, məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmə bacarığına malik olmaq;
Avtomobilin olması üstünlük sayılır;
Ezamiyyətlərə və səfərlərə açıq olmaq.
Əsas vəzifə öhdəlikləri:
Fermerlərin bitki bəslənməsi və mühafizəsi ilə bağlı məsləhətlər və texniki dəstək göstərmək;
Müxtəlif bitkilər üçün gübrələmə və mühafizə proqramları hazırlamaq;
Şirkət əməkdaşları üçün praktik və nəzəri təlimlər keçmək;
Şirkətin gübrə və pestisid məhsullarına dair texniki təlimat və məlumat materiallarının hazırlanmasında iştirak etmək;
Yeni fermerlərin cəlb olunması və mövcud müştərilərlə davamlı əməkdaşlığın qorunması;
Yeni məhsulların bazara uyğunluğunu araşdırmaq, sınaqdan keçirmək və təkliflər hazırlamaq;
Əsas müştərilərlə mütəmadi əlaqə saxlamaq, tələblərini analiz etmək və çarpaz satış imkanları yaratmaq;
Satış prosesini idarə etmək, sifarişlərin yerinə yetirilməsinə və müqavilə şərtlərinə nəzarət etmək.
Şəkilli CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “Satıcı Aqronom” qeyd etməklə göndərin.