Vəzifəyə aid öhdəliklər:
Firma mağazasını təyin olunmuş vaxtda açmaq, avadanlıqları (kassa aparatı, kompüter, kondisioner və s.) işə salmaq;
Vitrinlər və soyuducularda yaranan boşluqları doldurmaq və səliqə-səhman işləri aparmaq;
Müştərilərlə nəzakətli davranış qaydalarına riayət etmək, onları məhsullar haqqında ətraflı məlumatlandırmaq, satışı həyata keçirmək;
Satılan məhsulları kassa aparatına vurmaq və gün sonu hesabatı çıxarıb, mağaza müdirinə təqdim etmək;
Mal qəbulu zamanı gələn fakturaları kompüterə daxil edib, dəyişiklikləri izləmək;
İş vaxtının sonu mağazanı qaydasında təhvil vermək;
Yarana biləcək sorğuları mağaza müdiri ilə müzakirə etmək, mağaza müdiri tərəfindən ona verilmiş qanuni göstəriş və təlimatlara riayət etmək;
Satışa aid digər vəzifə öhdəliklərini yerinə yetirmək.
Namizədə tələblər:
Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
Yaş aralığı: 23-35;
Səlis danışıq qabiliyyəti;
Kommunikasiya qurma bacarığı;
Rus dili biliyi üstünlükdür;
MS Word proqramında işləmək bacarığı üstünlükdür;
Məsuliyyətlilik və komandada işləmək bacarığı.
İş şəraiti:
Həftə içi 6 günlük iş qrafiki;
İş qrafiki: 09:00 – 16:00;
Əmək haqqı: 600 – 700 Azn aralığındadır;
Əmək haqqına əlavə olaraq, satış həcminə uyğun bonus sistemi mövcuddur.
Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Satıcı" yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.