Vəzifə öhdəlikləri:
Layihə və ya müəssisə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsində iştirak etmək;
Təchizat planının hazırlanmasına və icrasına nəzarət etmək;
Təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsini həyata keçirmək;
Qiymət sorğularını (RFQ) hazırlamaq, toplamaq və müqayisəli təhlilini aparmaq;
Satınalma sifarişlərinin (PO) hazırlanmasını, təsdiqini və icrasını təşkil etmək;
Təchizat müqavilələrinin və satınalma şərtlərinin razılaşdırılması prosesində iştirak etmək;
Təchizat prosesinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını izləmək;
Material və avadanlıqların çatdırılma vəziyyətinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görmək;
Anbar, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
Təchizat sənədlərinin (Invoice, Packing List, MTC və s.) düzgünlüyünü və tamlığını yoxlamaq;
Təchizatçıların fəaliyyətini qiymətləndirmək və onların performans göstəricilərini izləmək;
Satınalma prosesinin təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsinə nəzarət etmək;
Alınan məhsul və avadanlıqların keyfiyyət və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak etmək;
Sifarişçi və layihə komandası ilə effektiv koordinasiya aparmaq;
Satınalma fəaliyyəti üzrə aylıq və dövri hesabatlar hazırlamaq.
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
1C proqramı ilə işləmək bacarığı;
Azərbaycan dilini sərbəst, ingilis dilini minimum B1 səviyyəsində bilmək;
Satınalma və təchizat prosesləri üzrə normativ sənədlər və prosedurlar haqqında bilik;
Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı;
Dinamik iş mühitində operativ qərarvermə və yüksək kommunikasiya bacarığı;
Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı.
İş şəraiti:
İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Satınalma üzrə Mütəxəssis" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.