
AZ FILTER MMC avtomobil, sənaye və xüsusi texnika üçün filtr məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət göstərən yerli istehsal şirkətidir. Şirkət komandasına peşəkar Satınalma Mütəxəssisi dəvət edir.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam iş günü
Əməkhaqqı: Müsahibə əsasında
Əsas vəzifə öhdəlikləri
Yerli və xarici bazarlarda potensial istehsalçı və təchizatçıların araşdırılması.
Alternativ istehsalçıların müəyyən edilməsi və təchizatçı bazasının genişləndirilməsi.
RFQ hazırlanması və qiymət təkliflərinin toplanması.
Qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və logistika xərclərinin müqayisəli təhlili.
Təchizatçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması.
Purchase Order hazırlanması və icrasına nəzarət.
İdxal və logistika proseslərinin koordinasiyası.
Anbar ehtiyatlarının monitorinqi və minimum stok səviyyəsinin təmin olunması.
Satınalma xərclərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər
Xanım namizədlərə üstünlük veriləcək
Ali təhsil.
Satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
Azərbaycan dili sərbəst, İngilis dili minimum B1, Rus dili üstünlükdür.
MS Excel proqramını yaxşı səviyyədə bilmək.
Analitik düşünmə və güclü danışıqlar bacarığı.
LOGO programını bilmək üstünlükdür
Üstünlük veriləcək namizədlər
Birbaşa istehsalçılarla işləmək təcrübəsi.
Xarici satınalma və idxal əməliyyatları.
Incoterms 2020 biliyi.
Supplier evaluation, vendor management və cost analysis təcrübəsi.
Satınalma proseslərinin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təşəbbüskar yanaşma.
Biz təklif edirik
Rəqabətqabiliyyətli əməkhaqqı.
Peşəkar inkişaf və karyera imkanları.
Stabil və müasir iş mühiti.
CV-nizi "Satınalma Mütəxəssisi" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərin.