
Vəzifə öhdəlikləri
Tender elanlarının və birbaşa satınalma sorğularının izlənilməsi, daxil olan tapşırıqların operativ şəkildə icraya götürülməsi;
Məhsul və avadanlıqlar üzrə yerli və xarici bazarın, istehsalçıların və potensial təchizatçıların araşdırılması;
Təchizatçılara qiymət sorğularının göndərilməsi, kommersiya şərtlərinin müzakirəsi və daha əlverişli təkliflərin əldə olunması;
Texniki tapşırıqların, spesifikasiyaların və tender tələblərinin təhlili, təklif olunan məhsulların uyğunluğunun yoxlanılması;
Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili və rəhbərliyə əsaslandırılmış seçimlərin təqdim edilməsi;
Məhsulun tam maya dəyərinin hesablanması: alış qiyməti, logistika, gömrük, vergi və digər xərclər daxil olmaqla;
Tender üçün tələb olunan qiymət təkliflərinin, uyğunluq cədvəllərinin və digər satınalma sənədlərinin hazırlanması;
Sifariş, müqavilə və spesifikasiyaların hazırlanması və prosesin izlənilməsi;
Daşıma sxeminin seçilməsi, yükün həcmi və çəkisi üzrə hesablamaların aparılması, logistika tərəfdaşları ilə koordinasiya;
Gömrük rəsmiləşdirilməsi və daşınma üçün tələb olunan sənədlərin (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) yoxlanılması;
Sifarişlərin istehsal, ödəniş, yüklənmə, çatdırılma və təhvil mərhələlərinin izlənilməsi;
Təchizatçılar və tərəfdaşlarla davamlı işgüzar əlaqələrin saxlanılması;
Satınalmalar üzrə məlumatların sistemləşdirilməsi, hesabatların hazırlanması və son icra tarixlərinə nəzarət.
Namizədə tələblər
Satınalma, tender və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində minimum intermediate səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Incoterms qaydaları, beynəlxalq logistika və idxal prosesləri haqqında biliklər;
Texniki spesifikasiyaları, kataloqları və avadanlıqların texniki xüsusiyyətlərini anlama və müqayisə etmə bacarığı;
Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Böyük həcmli məlumatlarla işləmək, qiymət və kommersiya göstəricilərini analiz etmək bacarığı;
Yüksək diqqətlilik, məsuliyyət, danışıqlar aparmaq və sıx deadline şəraitində işləmək bacarığı.
İş şəraiti
Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir;
Nahar şirkət tərəfindən təmin edilir;
Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
İş rejimi: 5/2;
İstirahət və bayram günləri istisna olmaqla həftəlik 40 iş saatı;
İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir.
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız vakansiyada qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.