
Vəzifə təlimatları:
Tikinti layihələri üçün tələb olunan mal-materialların, avadanlıqların və xidmətlərin vaxtında və optimal şərtlərlə satınalınmasını təşkil etmək;
Təchizatçı və podratçı bazasını araşdırmaq, yeni təchizatçılar cəlb etmək və qiymət təkliflərini toplamaq;
Daxil olan sorğular üzrə qiymət müqayisə cədvəllərini hazırlamaq və rəhbərliyə təqdim etmək;
Təchizatçılarla qiymət, ödəniş şərtləri və təhvil-təslim müddətləri üzrə danışıqlar aparmaq;
Sifariş olunan tikinti materiallarının keyfiyyət sertifikatlarının və Texniki Şərtlərə uyğunluğunun yoxlanılmasını təmin etmək;
Materialların tikinti sahəsinə (obyektə) çatdırılma qrafikinə və logistika prosesinə nəzarət etmək;
Təchizatçılarla yarana biləcək iddiaları (kəsir, zədələnmiş mal, gecikmə və s.) idarə etmək və həll etmək.
Vəzifə ilə bağlı tələblər:
Müvafiq ixtisas üzrə ali təhsil;
Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
Tikinti materialları, mexanizmləri və spesifikasiyaları haqqında geniş anlayış;
Təchizatçılarla danışıqlar aparmaq və razılaşma əldə etmək bacarığı;
MS Office (xüsusilə MS Excel) proqramlarını yüksək səviyyədə bilmək;
Analitik düşüncə, təşkilatçılıq və eyni anda bir neçə layihə ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189
İş rejimi: 6 günlük iş həftəsi
Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
Göstərilən vəzifə üzrə maraqlanan Namizədlərdən mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazmaqla [email protected] elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.