Vəzifə öhdəlikləri
Tələb və satış proqnozlarının hazırlanmasına dəstək;
Məhsul və ya material ehtiyaclarının planlaşdırılmasında iştirak;
Stok (anbar qalığı) səviyyələrinin izlənməsi;
Plan-fakt analizlərinin aparılmasına kömək;
Təchizatçılarla əlaqələrin qurulmasına və saxlanmasına dəstək;
Sifarişlərin hazırlanması və izlənməsi;
Malların çatdırılmasının təşkili və izlənməsi;
Nəqliyyat vasitələrinin sayını nəzərə alaraq malların miqdarının bölüşdürülməsi, bütün zəruri informasiyanın sifariş blankına daxil edilməsi, sonra sifarişin elektron poçt vasitəsilə göndərilməsi və ya sifarişin istehsalçı portalında yerləşdirilməsi;
Anbar əməliyyatlarının izlənməsi və koordinasiyası;
Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirilməsi;
İş şəraiti
İş saatı həftənin 5 günü 09:00 – 18:00;
İş yeri Koroğlu metrosu tərəfində yerləşir.
Namizədə qarşı tələblər
Ali təhsil;
Azərbaycan rus və ingilis dillərini sərbəst bilən;
İstifadəçi səviyyəsində Microsoft Office proqramları biliyi;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Ünsiyyət və təqdimat bacarığı;
Komandada işləməyi bacarığı;
Təmkinlilik,etibarlılıq,özünə inam;
Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.