
Müəssisə: “Qəbələ Konserv Zavodu” MMC
İş yeri: Bakı şəhəri, Yasamal rayonu
Vəzifə öhdəlikləri:
Satınalma proseslərinin tələbin qəbulundan müqavilələrin bağlanması və məhsul/xidmətlərin vaxtında təhvil alınmasına qədər tam idarə olunması və nəzarətdə saxlanılması.
Təchizatçıların araşdırılması, qiymətləndirilməsi və seçilməsi, alternativ təchizatçı bazasının formalaşdırılması, qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması.
Satınalma komandasının fəaliyyətinin koordinasiya edilməsi, iş bölgüsünün təşkil olunması, icra göstəricilərinin izlənilməsi və performansın qiymətləndirilməsi.
Ehtiyat səviyyələrinin və material tələbatının təhlil edilməsi, təchizat risklərinin müəyyənləşdirilməsi və fasiləsiz təchizatın təmin olunması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
Satınalma büdcəsinə nəzarət edilməsi, xərclərin optimallaşdırılması imkanlarının müəyyənləşdirilməsi, qənaət təşəbbüslərinin həyata keçirilməsi və müntəzəm hesabatların hazırlanması.
Tələb:
Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Maliyyə, Təchizat, Logistika və ya əlaqəli sahələr üzrə üstünlük verilir).
Müvafiq sahə üzrə minimum 5 il
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, Rus dili biliyi – yaxşı səviyyədə, İngilis dili orta səviyyədə
MS Office proqramları, 1C və ERP sistemləri ilə işləmə bacarığı
Əlavə tələb:
Güclü danışıqlar aparmaq və maraqlı tərəflərlə düzgün ünsiyyət qurmaq bacarığı
Analitik düşüncə və hesabatlarla işləmək bacarığı
Komandanı yönləndirmək, məsuliyyət bölgüsü aparmaq və nəticəyə fokuslanmaq bacarığı
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş yeri: Bakı şəhəri, Yasamal rayonu
Könüllü Tibbi sığorta
Korporativ nömrə
Peşəkar təlimçi tərəfindən təlimlər
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.