İş şəraiti
İş qrafiki: Həftəiçi 08:00 – 17:00, Şənbə 10:00 – 13:00
Məkan: Bakı şəhəri, Nərimanov rayonu
Əməkhaqqı: 600 - 800 AZN (fiks) + Performans üzrə bonuslar (KPI)
Əsas öhdəliklər:
Yerli və xarici təchizatçı bazasının araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli analizin aparılması
Satınalma sifarişlərinin vaxtında və daxili prosedurlara uyğun rəsmiləşdirilməsi
Təchizatçılarla ilkin danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılmasına dəstək göstərilməsi
Sifariş olunan mal və xidmətlərin çatdırılma müddətinə, eləcə də keyfiyyətinə nəzarət olunması
Beynəlxalq və local logistika, idxal və gömrük prosedurları
Satınalma sənədlərinin (hesab-faktura, qaimə, təhvil-təslim aktları) sistemli uçotunun aparılması və mühasibatlığa təhvil verilməsi
Təchizatçı bazasının mütəmadi yenilənməsi və hesabatlığın təmin edilməsi
Namizədə olan tələblər:
Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Logistika və ya əlaqəli sahələr)
Satınalma, təchizat və ya logistika sahəsində 1 il və daha çox , təcrübə proqramı keçmiş olmaq (üstünlükdür)
MS Office proqramlarını (xüsusilə MS Excel) yaxşı səviyyədə bilmək
Azərbaycan dilini səlis bilmək (Rus və ingilis dil biliyi arzuolunandır)
Danışıqlar aparmaq və operativ ünsiyyət qurmaq bacarığı
Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
Rəqabət qabiliyyətli gəlir: 600- 800 AZN (fiks ) + aylıq KPI bonusları
Nahar yeməyi təminatı
Korporativ nömrə və balans
Peşəkar və dəstəkləyici kollektivdə iş imkanı
Satınalma sahəsində təlimlər, karyera yüksəlişi və inkişaf perspektivləri
Şirkətidə sosial fəaliyyətlərdə iştirak imkanı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində "Satınalma üzrə kiçik mütəxəssis" qeyd etməklə göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 099 350 49 96