
“Aqrar tədarük və təchizat” ASC “Satınalma üzrə mütəxəssis /aparıcı mütəxəssis / baş mütəxəssis” vakansiyası üzrə işçi axtarışı elan edir!
Vəzifə öhdəlikləri:
Dövlət satınalmaları haqqında qanun və müvafiq sənədlər əsasında satınalma sənədlərinin tərtib edilməsi;
Müəssisənin fəaliyyətinin təşkili üçün nəzərdə tutulan satınalmaların təşkil edilməsi;
Satınalmalar üzrə cari bazar qiymətlərinin və potensial təçhizatçıların müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması;
Mal, iş və xidmətlərin alınması üçün iş həcmlərinin və şərtlər toplusunun hazırlanmasına nəzarət etmək və onların qanunvericiliyə uyğunluğunu təmin etmək;
Qurumun struktur bölmələri ilə koordinasiyalı şəkildə illik satınalma planlarının formalaşdırılması;
İcra edilmiş satınalmalara və təchizarçılara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması;
Dövlət Satınalmalarının vahid internet portalında (etender.gov.az) elanın, sənədlərin və məlumatların vaxtında yerləşdirilməsinə nəzarət etmək;
Satınalmalar üzrə sənəd dövriyyəsini, protokol və müqavilə layihələrinin hazırlanmasını təşkil etmək;
Malların tədarükü cari və yarana biləcək ehtiyacların öyrənilməsi, tələbatların proqnozlaşdırılması;
Satınalma fəaliyyəti üzrə hesabatların, illik təhlillərin və təkmilləşdirmə üzrə təkliflərinin hazırlanması;
Tələblər:
Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə, biznesin idarəedilməsi və s. üzrə təhsil);
“Dövlət satınalmaları haqqında” Qanun, “Qərarlar” və əlaqədar normativ-hüquqi aktlar üzrə biliklər;
Azərbaycan dili (sərbəst səviyyədə), ingilis dili/rus dili biliyi (yüksək səviyyədə);
Müvafiq sahədə ən az 3 il iş təcrübəsi (Dövlət Satınalmaları üzrə təcrübə üstünlükdür);
MS Office proqramlarında (xüsusən Excel və Word) işləmək bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rəsmi sənədlərlə işləmək və təqdimatlar hazırlamaq bacarığı;
Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
Satınalma müqavilələrin tərtibatı haqda biliklərin olması;
Satınalmalar sahəsində sertifikatlara sahib olmaq üstünlükdür (CİPS, PMP, CIPP və s.).
İş rejimi:
5 günlük iş qrafiki
İş saatı 09:00-18:00-dək
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis /aparıcı mütəxəssis / baş mütəxəssis” yazaraq “[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.