
Vəzifə öhdəlikləri:
Dövlət və özəl sektor tenderlərini izləmək, sənədləşməni hazırlamaq və təqdim etmək;
Şirkətin satınalma proseslərində mövcud satınalmaçılara dəstək;
Xarici təchizatçılarla danışıqlar aparmaq, ən sərfəli qiymət və şərtləri əldə etmək;
Tender satışlarını həyata keçirmək və satış hədəflərinə çatmaq;
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər:
Ali təhsil;
Tender və/və ya satınalma sahəsində iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq, ingilis dili üstünlükdür;
Yüksək məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
Danışıqlar aparmaq və təqdimat bacarığı;
MS Office proqramlarında sərbəst işləmək.
Təkliflərimiz:
Rəsmi əmək müqaviləsi;
Rəqabətədavamlı əmək haqqı və əlavə bonus sistemi;
Peşəkar inkişaf və karyera perspektivi;
Rahat və dəstəkçi iş mühiti;
Maaş 700-1000 AZN + bonus
İş qrafiki: 1-5 günlər. 09:00 – 18:00
Ünvan: H. Əliyev Prospekti Qafqaz Biznes Mərkəzi
Qeyd: Müraciət üçün mövzu hissəsində “Tender və Satınalma üzrə Mütəxəssisi” yazaraq CV -lərinizi PDF formatında [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.