
İş şəraiti
İş yeri: Ələsgər Qayıbov 10Q
İş qrafiki: Tam iş saatı / 09:00 – 18:00
Əməkhaqqı: Müsahibə əsasında namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
İş barədə məlumat:
Şirkətimizin satınalma departamentinə operativ və məsuliyyətli köməkçi tələb olunur.
Əsas vəzifələr:
Sənədlərin toplanması və səliqəli şəkildə arxivləşdirilməsi / yoxlanılması;
Qaimələrin və daxil olan sənədlərin müvafiq daxili sistemlərə dəqiq və vaxtında əlavə olunması;
Satınalma və təchizat proseslərinə dair müntəzəm hesabatların hazırlanması;
Excel cədvəllərində məlumatların daxil edilməsi, təhlili və izlənilməsi;
Şöbə daxilində sənədləşmə işlərinin operativ idarə olunması.
Namizədə tələblər:
Cins: Xanım namizəd
Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, texniki və ya digər əlaqəli sahələrə üstünlük verilir);
İş təcrübəsi: Müvafiq sahə üzrə (inzibati işlər, sənədləşmə və ya satınalma köməkçisi kimi) təcrübə arzuolunandır (namizədin bacarıqlarına əsasən təcrübəsiz də dəyərləndirilə bilər);
Kompüter bilikləri: MS Excel proqramında sərbəst işləmək bacarığı mütləqdir (sadə düsturlar, cədvəllər, filtrasiya);
Şəxsi keyfiyyətlər: Detallara qarşı diqqətcil, məsuliyyətli, operativ, komandada işləmək bacarığı və ünsiyyətcil.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.