
Əsas vəzifə öhdəlikləri:
Satınalma prosesinin müəyyən edilmiş prosedur və qaydalara uyğun, vaxtında icra olunmasının təmin edilməsi, satınalma sorğularının operativ şəkildə yerinə yetirilməsi;
Mallar, avadanlıqlar və xidmətlər üzrə texniki və qiymət araşdırmalarının aparılması;
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarlar üzrə araşdırılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçilməsi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
Təchizatla bağlı müqavilə şərtlərinin müəyyən edilməsi, hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
Alınmış məhsul və xidmətlərin keyfiyyəti və çatdırılması ilə bağlı məsələlərin həllinə dəstək göstərilməsi;
Mal-material və xidmət alışlarının ən uyğun şərtlərlə təmin edilməsi;
Təchizatçı və tədarükçü bazasının formalaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi;
Təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Təchizat və satınalma prosesləri və ümumi prinsipləri üzrə biliklər;
Danışıqların aparılması və təchizatçılar arasında optimal seçim edilməsi üzrə səriştə;
Bazarın təhlili və hesabatların hazırlanması üzrə biliklər;
Satınalma sahəsində sənəd dövriyyəsinin təşkili, aparılması və təqibi üzrə biliklər;
MS Office proqramları üzrə biliklər, xüsusilə yüksək səviyyədə Excel biliyi;
Məsuliyyətlilik, qərarvermə, problemlərin həlli, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Yüksək səviyyədə kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil(Əlaqəli sahə);
Satınalması sahəsində ən az 2 il iş təcrübəsi;
Retail sahəsində təcrübə üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.