
Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km
Tələblər:
İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil
Ən azı 2–3 il iş təcrübəsi; çoxsahəli satınalma təcrübəsi üstünlükdür.
Əla səviyyədə MS Office biliyi
Əla səviyyədə ingilis dili biliyi
CIPS sertifikasiyasına üstünlük verilir
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Satınalmanın təşkili: 3 törəmə müəssisənin hər biri üzrə illik satınalma dəyəri 150 000 AZN-ə qədər olan bütün əməliyyat xarakterli alışların (avadanlıq, ehtiyat hissələri, alətlər, xidmətlər və digər istismar materialları) qrupun satınalma qaydalarına uyğun sorğu, təkliflərin müqayisəli təhlili və vaxtında/sərfəli satın alınması, tədarükü.
Törəmə şirkətlərin təchizatçılarının ilkin və təkrar qiymətləndirilməsi prosesinin aparılması
Törəmə müəssisələr üzrə təchizatçıların satınalma sənədlərinin vaxtında təhvil verilməsinə nəzarət etmək və müvafiq müəssisənin Maliyyə şöbəsinə ayın vaxtında bağlanışı üçün təhvil verilməsi.
Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma müddəti və şərtlər cəhətdən müqayisəli təhlili və ən sərfəli təchizatçının seçilməsi.
Tullantıların İdarə Olunması Proseduruna müvafiq olaraq Satınalma və logistika şöbəsinə aid məsuliyyətlər üzrə müvafiq əməliyyatların yerinə yetirilməsi
Tələbə əsasən təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
Törəmə müəssisələr üzrə təchizatçı seçimi formasının və alış sifarişlərinin hazırlanması.
Çatdırılmaların hər bir törəmə müəssisənin əməliyyat ehtiyaclarına uyğun əlaqələndirilməsi.
Sənədlərin müvafiq müəssisədə tətbiq olunan idarəetmə sistemi standartlarına (ISO 9001 və s.) uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq.
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Biz nə təklif edirik:
Könüllü tibbi siğorta
Nəqliyyat
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.