
Vəzifə öhdəlikləri:
Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə satınalma proseslərinin həyata keçirilməsi;
Yerli və xarici bazarın, xüsusilə tikinti materialları bazarının mütəmadi araşdırılması və bazar qiymətlərinin monitorinqi;
Yerli və xarici təchizatçıların araşdırılması, yeni və etibarlı təchizatçıların müəyyən edilməsi;
Xarici təchizatçılarla ingilis dilində yazışmaların və işgüzar danışıqların aparılması;
Təchizatçılardan kommersiya təkliflərinin alınması, qiymət, keyfiyyət, məhsul çeşidi, ödəniş və çatdırılma şərtlərinin müqayisəli təhlilinin aparılması;
Məhsulların bazar tələbatının və satış potensialının araşdırılması;
Yeni məhsulların və istehsalçıların araşdırılması və şirkət üçün uyğun məhsulların təklif edilməsi;
Sifarişlərin hazırlanması və təchizat prosesinin sifarişdən çatdırılmaya qədər izlənilməsi;
İdxal olunan məhsullar üzrə xarici təchizatçılar, logistika və çatdırılma prosesləri ilə bağlı işlərin koordinasiyası;
Proforma invoice, invoice, packing list və digər satınalma sənədlərinin yoxlanılması;
Mövcud təchizatçılarla əməkdaşlığın davam etdirilməsi və işgüzar münasibətlərin idarə olunması;
Satınalma üzrə qiymət və şərtlərin optimallaşdırılması, daha sərfəli təkliflərin müəyyən edilməsi;
Satınalma prosesləri ilə bağlı rəhbərliyə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
Yerli və xarici bazarı, xüsusilə tikinti materialları bazarını yaxşı bilmək;
İngilis dilini yaxşı səviyyədə bilmək və xarici təchizatçılarla sərbəst ünsiyyət qurmaq bacarığı;
Kafel, keramoqranit, xırdavat, santexnika və digər tikinti materialları üzrə bazar və məhsul məlumatlarına sahib olmaq;
Yerli və xarici təchizatçıların axtarışı və qiymətləndirilməsi üzrə təcrübə;
MS Office proqramlarında, Mikro, xüsusilə Excel-də işləmək bacarığı;
Analitik düşüncə, qiymət müqayisəsi və bazar təhlili aparmaq bacarığı;
Güclü danışıqlar aparmaq və kommunikasiya bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
Komanda ilə işləmək və iş prosesini düzgün planlaşdırmaq bacarığı.
Əmək şəraiti:
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Pozitiv və dinamik iş mühiti;
İş qrafiki: Bazar ertəsi – Şənbə (6 gün);
İş vaxtı: 09:00–18:00;
Əmək haqqı 800-1000 Azn
Ünvan: Nərimanov, Əhməd Rəcəbli küç 208
Vakansiyaya müraciət üçün CV-ləri “Satınalma üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.