
İş şəraiti
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti2360
İş rejimi: 6 günlük
İş saatları: Həftə içi : 09:30-17:30
6-cı gün: 10:00-16:00
Nahar şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri
Servis şöbəsindən daxil olan ehtiyat hissələri, material və digər texniki məhsullar üzrə tələblərin qəbul edilməsi və təchizat prosesinin təşkili;
Tələb olunan ehtiyat hissələrinin kod, model, marka və texniki göstəricilər əsasında düzgün müəyyən edilməsi;
Ehtiyat hissələrinin uyğunluğunun kataloq və texniki məlumatlar əsasında yoxlanılması;
Yerli və xarici bazarda tələb olunan ehtiyat hissələri və servis materiallarının araşdırılması;
Mövcud və alternativ təchizatçıların müəyyən edilməsi, onlardan qiymət təkliflərinin alınması;
Təchizatçılardan daxil olan təkliflərin qiymət, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisə edilməsi;
Optimal təchizatçının seçilməsi və sifarişlərin formalaşdırılması;
Təchizatçılarla qiymət və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
Verilmiş sifarişlərin hazırlanma və çatdırılma prosesinin izlənilməsi, gecikmələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi;
Servisin fəaliyyətinin fasiləsiz davam etməsi üçün zəruri ehtiyat hissələrinin vaxtında təmin olunması;
Alınmış ehtiyat hissələrinin sifarişə, məhsul koduna və texniki tələblərə uyğunluğunun yoxlanılması;
Ehtiyat hissələrinin mədaxil, məxaric, sifariş və digər müvafiq əməliyyatlarının Mikro ERP proqramında düzgün qeydiyyatının aparılması;
Ehtiyat hissələrinin kodları, qiymətləri, təchizatçı məlumatları və digər məlumat bazalarının mütəmadi yenilənməsi;
Təchizatla bağlı hesab-faktura, qaimə, sifariş forması və digər sənədlərin hazırlanması və aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
Servis, anbar və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək və ehtiyat hissələri üzrə yaranan problemlərin operativ həllində iştirak etmək.
Namizədə tələblər
Bəy namizəd; (yaş arlığı-25-45yaş)
Təchizat, satınalma, ehtiyat hissələri və ya servis sahəsində minimum 1 il iş təcrübəsi;
Ehtiyat hissələri və texniki məhsullar haqqında anlayış;
Ehtiyat hissələrini kod, model və kataloq üzrə araşdırmaq bacarığı;
Mikro ERP proqramında işləmək bacarığı;
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
Qiymət araşdırması və müqayisəli təhlil aparmaq bacarığı;
Təchizatçılarla iş və danışıqlar aparmaq bacarığı;
Rus və ya ingilis dili biliyi üstünlükdür;
Analitik düşünmə, dəqiqlik və problem həll etmə bacarığı;
Məsuliyyətli, operativ və komandada işləməyə uyğun olmaq.
Maaş: 800-1000 Azn
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.