Namizədə tələblər:
Ali təhsil;
Satınalma, təchizat və ya təchizat zənciri sahəsində 1-3 il iş təcrübəsi
Müqavilə danışıqları, Incoterms və SAP/Oracle ERP sistemləri üzrə bilik
MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik
Analitik düşüncə və problem həll etmə bacarığı
Komandada işləmək bacarığı
Dil bilikləri: Azərbaycan dili – səlis, rus dili – əla, ingilis dili – arzuolunandır.
CIPS sertifikatı və IT satınalmaları üzrə təcrübə üstünlükdür.
Əsas vəzifələr:
Təchizatçıların araşdırılması, seçilməsi və RFQ/RFP proseslərinin idarə edilməsi
Kommersiya şərtlərinin və müqavilələrin müzakirəsi
Təchizatçıların KPI və performans göstəricilərinin izlənilməsi
Xərclərin və TCO-nun təhlili, optimallaşdırılması
Təchizat sənədlərinin (Invoice, Packing List, MTC və s.) yoxlanılması
Satınalmaların büdcəyə və texniki tələblərə uyğunluğunun təmin edilməsi
Daxili komandalar və layihə tərəfləri ilə koordinasiya
Satınalma üzrə dövri və aylıq hesabatların hazırlanması.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatları: 08:30-17:30
İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Xırdalan, Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı)
Servis xidməti (20 Yanvar, Gənclik, Sumqayıt).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2622&source=UC_HBS8ZI link vasitəsilə müraciət etmələri xahiş olunur.