
“KATAN Tekstil” MMC üçün Satış üzrə Mütəxəssis vakansiyası elan edir
Vəzifə öhdəlikləri:
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmalarının aparılması;
Aylıq və illik satış planlarının icrasını təmin etmək;
Satış göstəricilərini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq;
Tekstil məhsullarının texniki xüsusiyyətləri və üstünlükləri barədə müştərilərə ətraflı məlumat vermək;
Məhsul təqdimatlarını keçirmək və kommersiya təklifləri hazırlamaq;
Müştərilərlə qiymət, təchizat və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
Müştəri məmnuniyyətini təmin etmək, daxil olan müraciət və şikayətləri operativ şəkildə həll etmək;
İstehsalat, logistika və marketinq şöbələri ilə koordinasiyalı işləmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Satış və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
Satış sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərində ünsiyyət bacarığı;
MS Office proqramlarını (Word, Excel, PowerPoint) yüksək səviyyədə bilmək;
Outlook, 1C proqramlarında işləmək bacarığı;
Excel-də Pivot cədvəllər və satış analizləri hazırlamaq bacarığı;
Google Analytics biliyi üstünlükdür;
Salesforce Certified Sales Professional və HubSpot Sales Certification sertifikatlarının olması üstünlük hesab olunur;
Analitik düşünmə, ünsiyyət və təqdimat bacarığı, məsuliyyətlilik və nəticəyönümlülük.
İş şərtləri:
Əmək haqqı: 500 AZN + satış bonusu
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Müddətli əmək müqaviləsi (1 il);
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Satış üzrə mütəxəssis" qeyd etməklə müvafiq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.