Müəssisənin adı: Amper elektrik MMC
Departamentin adı: Kommersiya
Tabe olduğu vəzifənin adı: Mağaza müdiri
Əmək funksiyaları:
Mağazaya daxil olan müştəriləri qarşılayır və ilkin məlumatlandırmanı həyata keçirir.
Gündəlik olaraq daxil olan zənglərin qəbul edilməsini həyata keçirir.
Müştərilərdən sifarişləri qəbul edir.
Müştəri sifarişləri əsasında qiymət təkliflərini hazırlayır və təqdim edir.
Sifarişlərə uyğun olaraq qaimə əsasında anbardan məhsulların təhvil verilməsini təmin edir.
Müştərilərdən daxil olan sifarişləri 1C proqramına işləyir.
Sədərəkdə mövcud olmayan məhsulların təhvil verilməsi üçün müştəriləri digər anbarlara yönləndirir.
Müştərilərlə mütəmadi olaraq (2 həftədə bir) hesablaşmalar aparır, uyğunsuzluq aşkar edildikdə mühasibatlığa yönləndirir.
Gecikən borclarla bağlı müştərilərlə əlaqə saxlayır, problemli hallarda rəhbərliyə məlumat verir.
Stoku azalmış məhsullar barədə anbardara məlumat verir (dəstək məqsədilə).
Yeni müştərilərlə münasibətlərin qurulmasını təmin edir.
Müştəri məmnuniyyətinin qorunmasını təmin edir.
Stokda olmayan məhsullarla bağlı müştərilərə alternativ məhsullar təklif edir.
Müştərinin sifarişinə uyğun olaraq yan və əlavə məhsullar təklif edir.
Ayda iki dəfə özünə təhkim olunmuş müştərilərin borclarını analiz edir, müştəriləri məlumatlandırır və ödənişlərin alınmasını təmin edir.
Ehtiyac olduqda anbardan məhsulların yığılmasında iştirak edir (anbardara dəstək məqsədilə).
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir
Təhsil tələbləri:
Orta təhsil
Staja dair tələb:
1 il iş təcrübəsi
Kompyüter biliklərinə dair tələblər:
1C
Microsoft Office
İxtisas səriştələri:
Ünsiyyət qabiliyyəti
Etirazlarla işləmək bacarığı
Təqdim etmə bacarığı
Məhsullar haqqında məlumatlılıq
Satış texnikaları
Sertifikat və lisenziya
Məhsullar haqqın məlumatlılıq
Satış texnikaları-üstünlükdür
Etirazlarla iş-üstünlükdür
Dil bilikləri: Azərbaycan dili
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.