
iTech Group genişlənən komandası üçün nəticəyönümlü və aktiv Korporativ Satış üzrə Mütəxəssis axtarır.
Əsas tələblər
Ali təhsil;
B2B satış sahəsində, xüsusilə İT sektorunda iş təcrübəsi üstünlükdür;
Azərbaycan dili – yüksək səviyyədə, İngilis dili – orta səviyyədə, və Rus dili arzuolunandır;
MS Office və CRM sistemləri ilə işləmək bacarığı;
Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Kommersiya təklifləri və işgüzar yazışmalar hazırlamaq bacarığı;
Müştəriyönümlü və nəticəyönümlü yanaşma;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Müstəqil və komandada işləmək bacarığı;
Aktiv satış və yeni müştəri axtarışı aparmaq bacarığı;
Vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
Mövcud müştərilərlə işgüzar əlaqələrin inkişaf etdirilməsi;
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun İT həllərin təqdim edilməsi;
Şəbəkə, telefoniya, təhlükəsizlik, kibertəhlükəsizlik və digər İT həllərinin satışı;
Müştəri görüşlərinin, təqdimatların və danışıqların aparılması;
Kommersiya təkliflərinin hazırlanması və müştəri ilə razılaşdırılması;
Satış prosesinin lead-dən müqaviləyə qədər idarə edilməsi;
Mövcud layihələrin və satış imkanlarının inkişaf etdirilməsi;
Satış fəaliyyətlərinin Bitrix24 CRM-də tam və vaxtında qeydiyyatı;
Satış planının yerinə yetirilməsi və nəticələrə görə məsuliyyət;
Müştəri ödənişləri və layihə üzrə sənəd dövriyyəsinin izlənilməsi;
Vendor məhsul və həlləri üzrə biliklərin davamlı inkişaf etdirilməsi;
Satışdan sonra müştəri ilə əlaqələrin və xidmət səviyyəsinin qorunması.
KPI
Aylıq və illik satış planın yerinə yetirilməsi
Minimum aylıq görüş sayının yerinə yetirilməsi
Yeni müştərilərin davamlı artırılması;
CRM məlumatlarının tam və vaxtında qeydiyyatı.
İş şəraiti
Dinamik və inkişaf edən İT şirkətində iş;
Əmək müqaviləsi və qanunvericiliyə uyğun rəsmiləşdirmə;
800–1500 AZN əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
Peşəkar və karyera inkişafı imkanları.
Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ Satış üzrə Mütəxəssis” mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.