
Almaniyanın “Heel” şirkətinin preparatlarının satışı üzrə Satış üzrə nümayəndə axtarılır!
Əsas tələblər:
Ali təhsil (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini bitirənlər və BDU - Biologiya, Kimya ixtisası, ADPU - Biologiya, Kimya ixtisasları üzrə bitirənlər)
Yaş həddi: 21 – 50;
Xarici görünüş və geyim səliqəli olmalı;
Komandada işləmək bacarığı;
Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
Səlis və aydın nitq, yüksək ünsiyyət qabliyyəti, sistemli təqdimat və inandırma bacarığı
Qeyd: Namizəd işə qəbul olunduqdan sonra 1 həftə nəzəri, 1 həftə praktiki təlim keçəcək. Təlim müddətində şirkətin məhsulları, satış prosesi və iş prinsipləri ilə bağlı zəruri bilikləri təqdim olunacaq və praktiki bacarıqları formalaşdırılacaq.
Vəzifə öhdəlikləri:
Şirkətin preparatlarını təyin olunmuş ərazi üzrə tibbi müəssisələrindəki həkimlərə və apteklərə tanıtmaq;
Şirkətə məxsus olan preparatların təqdimatını və satışını həyata keçirmək;
Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
Seminar və prezentasiyaları təşkil etmək və keçirmək;
Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək;
Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;
İş şəraiti:
İş qrafiki: 5 gün, saat 09:30 -18:00;
İstirahət: Şənbə və bazar günləri;
Əmək haqqı: 600-1200 Azn
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Satış üzrə nümayəndə” qeyd edərək CV formalarını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.