
Qapıların istehsalı və satışı ilə məşğul olan şirkətimiz komandamıza Satış üzrə mütəxəssis axtarır.
Əmək haqqı: 800 AZN-dən başlayır — namizədin təcrübə və bacarıqlarına uyğun olaraq artım mümkündür.
Tələblər:
Səlis və aydın danışıq qabiliyyəti;
Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
Kompüterdən sərbəst istifadə;
Microsoft Word, Excel və PowerPoint proqramlarını yaxşı səviyyədə bilmək;
Rus dili biliyi üstünlükdür;
Ali təhsil;
20–35 yaş;
Komanda ilə işləmək bacarığı;
Stressli və operativ iş şəraitində sakit və effektiv işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Vəzifə öhdəlikləri:
Müştərilərlə uzunmüddətli və effektiv münasibətlərin qurulması və qorunması;
Müqavilələrin hazırlanması və bağlanması;
Müştərinin “satış”dan “məhsulun təhvili”nədək nəzarətdə saxlanması;
Müştərilərə videomaterialların göndərilməsi;
Vaxtında ödənişlərin edilməsi və ödənməmiş borclar barədə xatırlatmaların edilməsi;
Biz sizə nə təklif edirik?
800 AZN-dən başlayan əmək haqqı;
Peşəkar inkişaf və öyrənmə imkanı;
İşində uğurlu olan əməkdaşlar üçün əmək haqqının artırılması;
Uzunmüddətli əməkdaşlıq və karyera yüksəlişi imkanı;
Rahat və müasir ofis şəraiti;
Komanda daxilində dəstək və işə uyğunlaşma üçün lazımi şərait.
Əlaqə 055 608 45 55 - Vüqar bəy