
MDB (CIS) regionunda polimer məhsulları üzrə yeni biznes imkanlarının araşdırılması və inkişaf etdirilməsi, həmçinin Veser şirkətinin müştəri portfelinin genişləndirilməsi və yeni müştərilərin cəlb olunmasının təmin edilməsi.
Tələblər
Ali təhsil (üstünlük mühəndislik sahəsinə verilir)
Kimyəvi xammalların, xüsusilə Plastik Aşqarları (Plastic Additives) məhsul qrupunun satışında minimum 3 il təcrübə
Rus dilini yaxşı səviyyədə bilməsi (yazılı və şifahi), ingilis dili biliyinə üstünlük verilir
MS Office proqramlarında və CRM sistemlərində işləmək bacarığı
Güclü kommunikasiya, planlaşdırma və problem həll etmə bacarıqları
Ezamiyyət və səfərlər üçün məhdudiyyətin olmaması
Etibarlı sürücülük vəsiqəsinin olması
Vəzifə öhdəlikləri
Satış və marketinq fəaliyyətlərinin həyata keçirilməsi
Rəhbərlik tərəfindən müəyyən edilmiş satış hədəflərinə nail olunması
Mövcud müştərilərə müntəzəm səfərlərin həyata keçirilməsi və müştəri görüşləri üzrə hesabatların hazırlanması
Yeni müştərilərin və biznes imkanlarının araşdırılması və cəlb edilməsi
Bazar və rəqib analizlərinin aparılması və nəticələrin hesabat şəklində təqdim edilməsi
Mühasibatlıq, idxal və kredit risklərinin idarə olunması kimi müxtəlif şöbələrlə koordinasiyalı şəkildə komanda üzvü kimi fəaliyyət göstərilməsi
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.