
Məsuliyyət və vəzifələr:
Texniki baxışların keçirilməsi və avadanlıqların düzgün işləməsini təmin etmək;
Yanacaq doldurma məntəqələrində pompa detallarının satışının həyata keçirilməsi;
Müştərilərlə əlaqələrin qurulması və satış prosesinin idarə edilməsi;
Texniki xidmət və servis məhsullarının müştərilərə təqdim edilməsi;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təklif olunması;
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Yanacaq doldurma məntəqələri üzrə proqram təminatlarının satışının həyata keçirilməsi;
Satış hədəflərinin yerinə yetirilməsi;
Müştəri müraciətlərinin operativ cavablandırılması; Satış və müştəri məlumatlarının CRM sistemində qeydiyyatının aparılması;Satış və müştəri məlumatlarının CRM sistemində qeydiyyatının aparılması;
Satış və müştəri məlumatlarının CRM sistemində qeydiyyatının aparılması;
Yeni texniki sahələr üzrə təlimlərə qatılmaq və peşəkar bacarıqları artırmaq;
Tələblər:
Güclü ünsiyyət və təqdimat, Komandada işləmək bacarığı;
Bəy namizəd;
Satış sahəsində minumum1 il iş təcrübəsi;
Şəxsi avtomobilin olması mütləqdir - İşlə bağlı tez-tez ərazilərdə olacağı üçün (Qeyd-Amortizasiya və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır)
Ezamiyyətə açıq olmalıdır;
Satış texnikaları və müştəri münasibətləri haqqında anlayış;
Azərbaycan dilində səlis, Rus və ya ingilis dili biliyi üstünlükdür;
Texniki avadanlıq satışı sahəsində təcrübənin olması;
Yaş həddi: 25-45.
Fərdi keyfiyyətləri:
Ünsiyyətcil, məsuliyyətli, işində cəld və dəqiq olmalıdır;
Səbrli və təmkinli, nəzakətli olmaq;
Aydın və səlis nitq qabiliyyəti;
Operativ qərarvermə və problem həll etmə bacarığı.
Əlavə məlumatlar:
Əmək haqqı: Razılaşma yolu ilə;
İş qrafiki: 5 günlük, 09:00-18:00;
Korporativ nömrə və danışıq balansı;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Texniki avadanlıqlar üzrə satış mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.