
“UĞUR İNDUSTRY” MMC Satış təmsilçisi vakansiyası elan edir: Satış təmsilçisi
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
Ali təhsil;
MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
Müvafiq sahə üzrə minimum 5 (beş) il iş təcrübəsi;
Sürücülük vəsiqəsi olmalı;
Diqqətli, çevik və məsuliyyətli olmalı;
Təhlil və analiz etmə qabiliyyətli olmalı;
Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
Cavabdeh olduğu ərazi üzrə korporativ müştərilərlə, mağazalarla satış prosesini həyata keçirmək;
Öz ərazisinə məxsus pərakəndə satış hədəflərini təmin etmək;
Rəqiblərin marketinq və satış fəaliyyəti haqqında məlumat toplamaq və Marketinq şöbəsini məlumatlandırmaq;
Aylıq hesabatlar hazırlamaq və rəisinə təqdim etmək;
Pərakəndə satış şəbəkəsi ilə əlaqələri inkişaf etdirmək;
Öz ərazisində satış siyasəti və hədəfləri istiqamətində doğru addımlar atmaq;
Satış həcmini, qiymətləri, bazar payını və müştəri davranışını müəyyənləşdirmək;
Marketinq şöbəsinin bütün layihələrinə təşəbbüs və köməklik göstərmək;
Cavabdeh olduğu ərazidən daxil olan müştəri şikayətlərinin araşdırılmasına dəstək göstərmək;
Rəisinə biznes planın və illik büdcənin hazırlanmasında köməklik etmək;
Pərakəndə satıcılarla, topdan satıcılarla, tikinti şirkətləri ilə mütəmadi olaraq görüşlər keçirmək;
Sement, gips, şpaklyovka, kafel-metlak yapışdırıcıları, boya məmulatları istehsal edən sexlərin yerlərini müəyyən edib, hər birini ətraflı tədqiq etmək və müvafiq tədbirlər görülməsi üçün təşəbbüs göstərmək;
Satış məntəqələrində Zavod məhsullarının daha diqqətçəkən yerlərdə yerləşdirilməsi və məhsulların düzgün saxlanılma qaydalarına riayət edilməsinə nəzarət etmək;
Region bazarlarında zavod məhsullarının pərakəndə satış qiymətlərinə nəzarət etmək;
Şirkət brendindən istifadə edərək saxta məhsul satanları və istehsal edənləri aşkar edib, ifşa etmək;
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Təminatlar:
Nahar ilə təmin edilir.
Korporativ nömrə ilə təmin edilir;
Əmək haqqı: Vəzifə maaşı + bonus;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Satış təmsilçisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.