“HORECA” MMC üçün Satış nümayəndəsi (horeca üzrə) axtarışındayıq.
Namizədə tələblər:
Mövcud sahə üzrə ən azı 3 il iş təcrübəsi
Satış, marketinq və oxşar sahələr üzrə ali təhsil
Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır.
Əmək şəraiti:
Həftəiçi 5 günlük iş rejimi, saat 09:00-18:00
Faktiki iş ünvanı: Bakı şəhəri
Əmək haqqı: Fiks maaş 1100 AZN net+( satış həcmindən asılı olaraq maksimum 2500 net) AZN
Şəxsi keyfiyyətlər:
Güclü ünsiyyət və təqdimat bacarığı, məsuliyyətlilik, müştəriyönümlülük və s.
Vəzifə öhdəlikləri:
Şirkətin məhsullarının satışının təşkili və xidmətlərinin göstərilməsini təmin etmək;
Yeni müştərilərin cəlb olunması (məhsul təqdimatlarının və kommersiya təkliflərinin hazırlanması, alqı-satqı müqavilələrinin bağlanması, ay ərzində minimum 3 yeni müştəri), müştərilərin tələbatını öyrənmək, xidmətlərimiz haqqında ətraflı və doğru məlumat vermək;
Görülmüş işlər haqqında hesabatların təqdimatı (gündəlik satış, borc kağızlarına nəzarət, bazarın analizi və rəqiblər haqqında məlumatların toplanması);
Mövcud müştəri bazası ilə mütəmadi işləmək (Məhsullara dair təqdimatın aparılması, məhsul çeşidinin artırılması, ödənişlərin zamanında tələb olunması, problemlərin diaqnostikası və şirkət tərəfindən müştərilərdə quraşdırılımış avadanlıqlarda istifadə olunan məhsullara nəzarət)
[email protected] elektron poçt ünvanına CV-lərinizi Avtokimya və ya Horeca başlığı altında göndərə bilərsiniz.