Uzunmüddətli tərəfdaşlıqlar qurmaq, strateji satış müqavilələri bağlamaq və texnologiya yönümlü dinamik mühitdə korporativ müştərilərlə işləmək sizi motivasiya edirmi?
Elə isə bu vakansiya sizin üçündür!
AEM ELEKTRON satış komandasını genişləndirir və əsas korporativ müştərilərlə münasibətlərin qurulması və idarə edilməsi, eləcə də davamlı biznes artımının təmin olunması üçün təcrübəli Korporativ Satış Meneceri axtarır.
Əsas vəzifə öhdəlikləri
Korporativ və B2B müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması və idarə edilməsi;
Yeni biznes imkanlarının müəyyənləşdirilməsi və korporativ müştəri portfelinin genişləndirilməsi;
Kommersiya təkliflərinin, qiymət təkliflərinin və müqavilələrin hazırlanması;
Korporativ müştərilərlə danışıqların aparılması və satış müqavilələrinin bağlanması;
Optimal həllərin təqdim edilməsi üçün Pre-Sales, texniki və məhsul komandaları ilə sıx əməkdaşlıq;
Bazar tendensiyalarının, müştəri ehtiyaclarının və rəqiblərin fəaliyyətinin izlənilməsi;
Satış hədəflərinin yerinə yetirilməsi və müntəzəm satış hesabatlarının hazırlanması;
İşgüzar görüşlərdə, təqdimatlarda və tədbirlərdə şirkətin təmsil edilməsi.
Namizədə tələblər
Biznesin idarə edilməsi, marketinq, menecment, İT və ya əlaqəli sahələr üzrə ali təhsil;
Korporativ satış və ya B2B satış sahəsində təsdiqlənmiş iş təcrübəsi (İT və texnologiya sektorunda təcrübəyə üstünlük verilir);
Güclü danışıqlar aparmaq və işgüzar münasibətləri idarə etmək bacarığı;
Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və onları effektiv həllərə çevirmək bacarığı;
Nəticəyönümlülük və güclü analitik düşünmə qabiliyyəti;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları.
Dil bilikləri
Azərbaycan dili — sərbəst səviyyədə, şifahi və yazılı;
Rus dili — sərbəst işgüzar ünsiyyət, yazışma, danışıqlar və təqdimatlar aparmaq səviyyəsində;
İngilis dili — orta və orta səviyyədən yuxarı (B1–B2+), işgüzar ünsiyyət, görüşlər və tərəfdaşlarla yazışmalar aparmaq üçün.
Biz nə təklif edirik?
Beynəlxalq İT və təhlükəsizlik brendləri ilə birbaşa işləmək imkanı;
Korporativ satışın və strateji tərəfdaşlıqların inkişafında mühüm rol;
Sabit və inkişaf edən şirkətdə karyera yüksəlişi imkanları;
Rəqabətqabiliyyətli əməkhaqqı və nəticələrə əsaslanan əlavə motivasiya sistemi;
İstehsalçı və təchizatçı şirkətlərin təlimlərində, işgüzar görüşlərdə və tədbirlərdə iştirak imkanı;
Şəhər mərkəzində yerləşən ofis və 5 günlük iş qrafiki;
Təşəbbüskarlığın, məsuliyyətin və nəticəyönümlülüyün qiymətləndirildiyi peşəkar iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzusu: Korporativ Satış Meneceri