
Korporativ müştərilərlə işləməyi və satışda nəticə əldə etməyi bacaran mütəxəssisləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri
Yeni korporativ müştərilər qazanmaq və mövcud müştəri portfelini inkişaf etdirmək;
İşgüzar görüşlər, məhsul təqdimatları və satış danışıqları aparmaq;
Müştəri sorğularını qiymətləndirmək, kommersiya təklifləri hazırlamaq və sifarişədək izləmək;
Sifarişlərin icrasını aidiyyəti şöbələrlə əlaqələndirmək;
Satış hədəflərinə çatmaq və nəticələr barədə hesabat vermək.
Namizədə tələblər
Satış sahəsində ən azı 1 il təcrübə;
Ali təhsil;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; ingilis dili üstünlükdür;
MS Office proqramları ilə işləmək bacarığı;
Təqdimat, danışıqlar və müştəri münasibətlərini idarəetmə bacarığı;
Təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlülük.
İş şərtləri
Əməkhaqqı: 1 000 AZN + satış bonusu;
İş qrafiki: bazar ertəsi–cümə, 08:30–17:30;
Rəsmi əmək müqaviləsi;
Korporativ nömrə və işgüzar görüşlər üçün taksi təminatı;
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1, Nobel Hotelin yanı.
CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.