
Vəzifə öhdəlikləri:
İş sahəsində əməyin mühafizəsi, sağlamlığın qorunması və yanğından mühafizə sistemini yaratmaq və tətbiq etmək;
İstehsalat üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətini, səbəblərini araşdırılması, onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
İş proseslərinin əməyin mühafizəsi, ekoloji və yanğın təhlükəsizliyi, sanitar-epidemoloji, əhalinin və ərazinin fövqəladə hallardan mühafizə qaydalarına uyğun olaraq təşkil edilməsinə, həmçinin Cəmiyyətdaxili normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə mütəmadi nəzarət etmək;
Maşın və mexanizmlərin, qurğuların, avadanlıqların təftiş edilməsi, sənədlərin, sertifikatların yoxlanması. Sahənin bütünlüklə yoxlanması və aşkar edilmiş uyğunsuzluqlar barədə yuxarı rəhbərliyə məlumat vermək;
Radioaktiv, tez alovlanan, partlayış təhlükəli, yanacaqlar və zəhərləyici maddələrlə işləyən iş sahələrinə ciddi nəzarət etmək;
İşə qəbul olunan yeni işçilərə giriş, o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə təlimatının keçirilməsini təmin etmək. İş rəhbərlərinin ilkin, təkrar, növbədən kənar və məqsədli/birdəfəlik təlimatların keçirməsinə nəzarət etmək;
İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların və digər mühafizə vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsinə nəzarət edilməsi;
Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili maarifləndirici təlimlər keçmək;
Mexanizm və qurğularda mühafizə vasitələrinin yerində və saz olmasına, qurğu və aparatların işçilər tərəfindən qaydaların tələbinə uyğun istifadə edilməsinə nəzarət;
Elektrik qurğuları və cihazlarının torpaqlanmasına, kabelləşmənin vəziyyətinin sazlığına nəzati yoxlamaq;
Baş vermiş bədbəxt hadisələrin təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək;
Cəmiyyətdə xidmət göstərən podratçı/subpodratçı təşkilatlar tərəfindən sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi və yanğın təhlükəsizliyi sahələri üzrə işlərin təşkilinə və aparılmasına nəzarət etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
Ali təhsil(mühəndislik sahəsi üzrə);
Mədən, tikinti, zavod, platforma və sahələrdə minimum 1 illik iş təcrübəsi;
Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
SƏTƏM mütəxəssisi sertifikatı (FHN razılaşdırılmış)
FHN SİTGDMN agentliyinin elmi tədqiqat institutunun 30 saatlıq kurs sertifikatı
Əla səviyyədə Azərbaycan dili biliyi, yaxşı səviyyədə ingilis dili və rus dili biliyi;
Microsoft Office proqramları üzrə kompüter biliyi;
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu
5 günlük iş rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: 08:00 – 17:00
Servislə təmin olunma;
Nahar yeməyi ilə təmin olunma;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mühəndis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.